Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Zaqatalada 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sərgi keçirilib

15.06.2026

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Zaqatala rayonunun Dədə Qorqud meydanında geniş sərgi keçirilib.

 

Sərgidə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ilk siyasi hakimiyyəti dövrünü, eləcə də ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi mühüm tarixi addımları əks etdirən kitablar və fotomateriallar nümayiş etdirilib.

 

Tədbir iştirakçıları sərgi ilə yaxından tanış olaraq, Ümummilli Liderin zəngin dövlətçilik irsi haqqında ətraflı məlumat əldə ediblər.