
12.02.2026
12 fevral 2026- ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi ilə əlaqədar "Yusif Səmədoğlu -90" adlı tədbir-sərgi keçirilib.
Mədəniyyət işçiləri və gənclərin iştirakı ilə keçirilən tədbirdə yazıçının zəngin yaradıcılığı, ədəbi xidmətləri və milli mədəniyyətə töhfələri barədə çıxışlar edilib. Tədbirdə onun Azərbaycan ədəbiyyatında müstəqil düşüncəsi, dərin fəlsəfi baxışı və cəsarətli yaradıcılığı xüsusi vurğulanıb.
Yubiley mərasimi çərçivəsində İsmayıl bəy Qutqaşınlı adına Xalq Teatrının üzvlərinin ifasında yazıçının ssenari müəllifi olduğu "Yeddi oğul istərəm" filmindən səhnəcik nümayiş olunub, kitablarından ibarət sərgiyə baxış keçirilib.