
13.08.2026
Avqustun 12-də Balakən şəhərində, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Beynəlxalq Gənclər Günü münasibətilə “Balakən Gənclər Festivalı – 2026” keçirilib.
Respublikanın müxtəlif bölgələrindən olan gənclərin iştirak etdiyi festivalda onların bilik, bacarıq və yaradıcılıq potensialı geniş şəkildə nümayiş etdirilib. Tədbir çərçivəsində sərgilər, əl işləri nümunələri, STEAM layihələri, kitab guşələri və müxtəlif formatlı maarifləndirici və əyləncəli proqramlar təqdim olunub.
Festivalın bədii hissəsində gənclərin ifasında musiqi və rəqs kompozisiyaları tamaşaçılara təqdim edilib, tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş olunub.
Tədbir Balakən Rayon İcra Hakimiyyəti, Balakən rayon Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, gənclər evləri, aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatların birgə dəstəyi ilə həyata keçirilib.
“Balakən Gənclər Festivalı – 2026” gənclərin birliyinin, yaradıcılıq imkanlarının və ictimai fəallığının nümayiş olunduğu əlamətdar tədbir kimi rayonun mədəni həyatında xüsusi yer tutub.