
17.04.2026
Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə aprelin 17-də türk-islam mütəfəkkiri Yunus Əmrənin 785 illik yubileyi münasibətilə “Dünyanı yaxşılar gözəlləşdirir” adlı sənədli filmin təqdimatı keçirilib.
Şəki şəhər M.F. Axundzadə adına Mədəniyyət Mərkəzində keçirilən təqdimatda filmin müəllifi, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova çıxışında ekran əsərinin ərsəyə gəlməsi prosesi və Yunus Əmrə yaradıcılığı haqqında məlumat verib. Daha sonra film nümayiş etdirilib.
Qeyd edək ki, 2024-cü ildə lentə alınan sənədli filmin layihə müəllifi Jalə Cəfərova, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, təsvir rejissoru Ramin Şahbazovdur.