Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə tədbir keçirilib

16.12.2025

Qəbələ rayon Mədəniyyət Mərkəzində Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyi münasibətilə  "Rəssamlığın Mirzə Qədim İrəvani zirvəsi" adlı tədbir keçirilib.

16 dekabr 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Qəbələ rayon Mədəniyyət Mərkəzinin və Qəbələ Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş "Rəssamlığın Mirzə Qədim İrəvani zirvəsi" adlı tədbir keçirilib.

Çıxışlar zamanı vurğulanıb ki, Mirzə Qədim İrəvani Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb. Onun yaradıcılığına məxsus bir sıra əsərlər Azərbaycan və dünya muzeylərində sərgilənir.

Tədbirin sonunda Mirzə Qədim İrəvaninin yaradıcılığını əks etdirən videoçarx təqdim edilib.