Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Bəxtiyar Vahabzadənin xatirəsi ehtiramla yad edilib

13.02.2026

Bəxtiyar Vahabzadənin ildönümü münasibətilə Şəki şəhərində şairin adını daşıdığı parkda ucaldılmış abidəsi ziyarət olunub. Ziyarətdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi, eləcə də mədəniyyət işçiləri iştirak ediblər.

Ziyarət zamanı görkəmli şairin xatirəsi ehtiramla anılıb, abidə önünə gül dəstələri düzülüb. Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixindəki müstəsna rolu bir daha vurğulanıb.