Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki şəhər Heydər Əliyev Mərkəzində əl işlərindən ibarət sərgi təşkil olunub

18.12.2025

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren Azərbaycan: məktəblilərin yaradıcı baxışı” adlı əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgi ilə yanaşı, Şəki MKS-nin 9 nömrəli kitabxana filialı tərəfindən Konstitusiya, qanunvericilik və vətəndaş hüquqlarına həsr olunmuş kitab sərgisi də təqdim edilib.

Sərgidə Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış müxtəlif yaradıcı əl işləri nümayiş etdirilib. Ekspozisiyada rəsmlər, maketlər, aplikasiyalar və digər bədii nümunələr yer alıb.Təqdim olunan əl işlərində Azərbaycanın müstəqillik yolu, ərazi bütövlüyü, dövlət rəmzləri, milli-mənəvi dəyərlər və suverenlik ideyaları məktəblilərin yaradıcılıq baxış bucağından əks etdirilib.

Sərginin keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik dəyərlərinə marağının artırılması və yaradıcı potensialının nümayiş etdirilməsi olub.