Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Naxçıvan Dövlət Uşaq Filarmoniyası Balakəndə və Şəkidə konsert proqramı ilə çıxış edib

02.06.2026

İyunun 1 və 2-də Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramları keçirilib.

Balakən rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında, həmçinin Şəki şəhər S. Vurğun adına Folklor Evində keçirilən konsert proqramları çərçivəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivi tərəfindən müxtəlif musiqi və rəqs nümunələri təqdim edilib.