Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Molla Cumanın 171 illik yubileyi münasibətilə tədbir keçirilib

27.11.2025

Şəki şəhər Turan qəsəbə Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Şəkidə yaşayıb-yaradan söz sənətkarı, aşıq Molla Cumanın 171 illik yubileyi münasibətilə tədbir keçirilib. 

 

Şəki şəhər Heydər Əliyev Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, YAP Şəki şəhər təşkilatı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin, MİHİ Şəki rayon Komitəsinin rəhbərliyi, şair Vaqif Aslan, şəhid anaları-ailələri, Molla Cumanın ailə üzvləri, təhsil və mədəniyyət işçiləri iştirak edib. 

 

Çıxış edənlər aşıq sənətininin incəlikləri, Molla Cuma yaradıcılığı, və Azərbaycan musiqi mədəniyyətinin rəngarəngliyindən bəhs ediblər. 

 

Yubiley tədbirində aşıq və milli musiqilər səsləndirilib, rəqs nümunələri təqdim edilib.