09.12.2025
09 dekabr 2025-ci il tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Qəbələ Dövlət Rəsm Qalereyası, MKS-nin şəhər 2 saylı kitabxana filialı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Yaddaşlara həkk olan ömür yolu" adlı sərgi-tədbir keçirilib.
V.Qəhrəmanov adına şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin və Tarix-Diyarşünaslıq muzeyinin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsindəki misilsiz xidmətlərini xüsusi vurğulayıblar.
Tədbir çərçivəsində Heydər Əliyevinin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ziyarətçilərə təqdim edilib, sənədli film nümayiş olunub, məktəblilərin ifasında şeir kompozisiyaları səsləndirilib.