Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Fikrət Qocanın yubileyi qeyd edilib

17.12.2025

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş "Unudulmaz misralar" mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə, mədəniyyət işçiləri və şəhər ziyalıları iştirak edib.

Tədbir çərçivəsində Fikrət Qocanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət Mərkəzinin əməkdaşları Yusif Yusifli və Rüstəm Xəlilməmmədov tərəfindən şairin sözlərinə bəstələnmiş "Keçdiyim bütün yollar", "Qaytar eşqimi", "Ana" musiqiləri səsləndirilib. Mərkəzin əməkdaşı Sələmə Məhərrəmova, Şəki Dövlət Regional Kollecinin 4-cü korpus tələbələri Aidə Quliyeva və Ləman Abdullayeva şairin biri-birindən dəyərli şeirlərini səsləndiriblər.

Sonda Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Dilbər Yaqubova tədbir iştirakçılarına Fikrət Qoca haqqında ətraflı məlumat verib.