Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Konstitusiya və Suverenlik İli münasibətilə tədbir keçirilib

18.12.2025

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, ETİHİ Şəki şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində "Qanunun aliliyi ilə güclü, suveren Azərbaycanla işıqlı gələcəyə" adlı tədbir keçirilib. 

 

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Qonaqlar Mərkəzin foyesində “Konstitusiya və Suverenlik İli” mövzusunda təşkil olunmuş sərgi ilə tanış olublar.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbirdə Şəki-Zaqatala RMİ, Şəki-Zaqatala RTİ, YAP Şəki şəhər təşkilatı, Şəki şəhər Heydər Əliyev Mərkəzi, ETİHİ və MİHİ Şəki şəhər Komitəsi, Şəki şəhər Regional Musiqi Kolleci, Uşaq Gənclər-İnkişaf Mərkəzinin rəhbərləri və əməkdaşları, Şəhid anaları, mədəniyyət və təhsil işçiləri iştirak edib.

 

Tədbir çərçivəsində çıxış edənlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2025-ci ili Konstitusiya və Suverenlik İli elan edilməsi haqqında sərəncam imzalamasından, Azərbaycan Respublikası Konistitusiyasının dövlətin qanunvericilik sisteminin əsasını təşkil etməsindən və bu il çərçivəsində görülən işlərdən bəhs ediblər. Tədbirdə ETİHİ Şəki şəhər Komitəsi tərəfindən Şəki şəhər UİM-nin direktor v.s.i.e Fərdanə Məlikova, 2 nömrəli UMM direktor v.s.i.e Aynurə Soltanova, 3 nömrəli UMM-nin direktoru Şəmsiyyət Əsgərova, 4 nömrəli UMM-nin direktoru Sevil Rəsulova, Şəki şəhər Turan qəsəbə UMM-nin direktor v.s.i.e Vəfa Əliyeva, həmçinin Şəki şəhərində fəaliyyət göstərən bir sıra tam orta məktəb direktorları, Konstitusiya və Suverenlik İli çərçivəsində təhsilin inkişafında milli-mənəvi dəyərlərin formalaşmasında səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif ediliblər. Həmçinin olimpiada iştirakçısı olmuş bir neçə şagird təltif edilib.

 

Tədbir çərçivəsində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Anar Həsənov, 2 nömrəli Uşaq Musiqi Məktəbinin "Buta" xor kollektivinin, Şəki Regional Musiqi Kollecinin tələbələrinin ifasında vətənpərliyi tərənnüm edən musiqilər səsləndirilib, 11 və 14 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri və Vəfa Həmidlinin Respublika birincisi olan rəqs qrupunun hazırladığı kompozisiyalar təqdim edilib. Sonda xatirə şəkli çəkilib.