19.12.2025
Şəkidə Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirilib.
Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilati təstəyi ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, AMEA-nın Şəki Regional Elmi Mərkəzi, Yeni Azərbaycan Partiyasının Şəki şəhər Təşkilatı, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin üzvləri, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, UNEC-in Zaqatala filialı, ADPU-nun Şəki filialı, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və region məktəblərinin şagirdləri iştirak ediblər.
İlk dəfə olaraq Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş süni intellekt texnologiyaları ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Bu videoçarx onun poetik dünyasını və ədəbi irsini yenilikçi texnologiyalarla izləyicilərə çatdırılıb.
Açılış nitqini UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, ADPU-nun Şəki filialının direktor müavini Gülnarə Abdullayeva, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Şəki-Zaqatala Regional Təhsil idarəsinin müdiri Günay Mahmudova, AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri və Milli Məclisin Toponimika Komissiyasının üzvü Elçin İsmayılov-Muradxanlı, eləcə də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri iş sektorunun müdiri Elvin Qarayev birlikdə edərək Bəxtiyar Vahabzadənin yaradıcılığının elmi, ədəbi və mədəni aspektlərinə toxunulub.
Bədii hissədə Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə bağlı ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Xalq Şairi Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhunda olan şeirləri səsləndirilib, musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.