22.12.2025
Qax rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə "Xəmsə" formatında məktəblilər arasında intellektual yarış keçirilib.
İntellektual oyunda şəhər 2 saylı tam orta məktəbi təmsil edən "Turan" komandası l yerə layiq görülüb. Müvafiq olaraq Qaxbaş kənd tam orta məktəbinin "Qaxbaş" komandası II, Qum kənd tam orta məktəbin "Nizami" komandası III yeri tutublar.