24.12.2025
Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin Konstitusiyanın hazırlanması və qəbul edilməsindəki müstəsna xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərpa olunması və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Tədbir iştirakçıları mövzu ətrafında çıxışlar edib, musiqi nömrələri səsləndirilib, təqdim edilən rəqs nümunələri tədbirə xüsusi rəng qatıb. Mövzuya həsr olunmuş videoçarx təqdim olunub.