Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə ”Dünya azərbaycanlılarının həmrəylik yolu” adlı tədbir keçirilib

24.12.2025

24 dekabr 2025-ci il tarixdə Şəki şəhər Reabilitasiya Mərkəzində Turan Qəsəbə Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Dünya Azərbaycanlılarının həmrəylik yolu” adlı tədbir keçirilib.

 

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Şəki şəhər Reabilitasiya Mərkəzinin direktoru Tərlan Qurbanov çıxış edərək dövlət tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan, həmçinin mərkəzdə yaradılmış şəraitdən bəhs edib.

 

Tədbir çərçivəsində Turan qəsəbə Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət "Turan saz ansamblı", "Turan nağara ansamblı" və xanəndəlik sinfinin şagirdləri çıxış edib. Şagirdlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib, sonda xatirə şəkli çəkilib.