Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

20.01.2026

20 yanvar 2026-cı il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.

 

​Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra 20 Yanvar hadisələrinin dəhşətlərini və xalqımızın mübarizə əzmini əks etdirən sənədli film nümayiş olunub.

 

​Tədbirdə çıxış edənlər 1990-cı ilin yanvarında törədilən bu qanlı qırğının xalqımızın azadlıq səsini boğa bilmədiyini, əksinə, müstəqilliyə gedən yolu daha da yaxınlaşdırdığını vurğulayıblar. Qeyd olunub ki, bu faciəyə ilk siyasi-hüquqi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Bu gün şəhidlərimizin ruhunun şad olduğu, torpaqlarımızın işğaldan tam azad edildiyi diqqətə çatdırılıb.