27.01.2026
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlər arasında “Ləyaqət ölkəsi” adlı intellektual oyun təşkil edilib.
Tədbir Qax rayon Heydər Əliyev Mərkəzi, ETİHİ Qax rayon Komitəsi, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və İdman sektoru və Qax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
İntellektual oyunda Qax rayonunun ümumtəhsil müəssisələrində çalışan 35 nəfər gənc müəllim iştirak edib. Tədbirin əsas məqsədi gənc müəllimlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, analitik düşüncə və komanda bacarıqlarının inkişaf etdirilməsi, onların asudə vaxtının səmərəli təşkili olub.
Tədbir çərçivəsində iştirakçılar bilik və bacarıqlarını nümayiş etdirib, komandalar arasında sağlam rəqabət mühiti formalaşıb, sonda fərqlənən iştirakçılar mükafatlandırılıb.