Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəbələdə ”Zamanın cizgiləri: Azərbaycan memarlığının təkamül tarixi” adlı tədbir keçirilib

27.01.2026

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzi və MKS-nin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə "Zamanın cizgiləri: Azərbaycan memarlığının təkamül tarixi" adlı tədbir keçirilib.

 

Tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma və memarlıq sahəsində həyata keçirilən dövlət siyasətinin, müasir urbanizasiya və planlaşdırma yanaşmalarının, milli memarlıq irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlərin, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa, yenidənqurma və quruculuq işlərinin tədbir iştirakçılarına diqqətinə çatdırılması olub.

 

Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə mövzuya dair məruzələr dinlənilib, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin milli memarlıq irsinin qorunması, tarixi və mədəni abidələrin bərpası, müasir memarlıq üslublarının milli dəyərlərlə vəhdət təşkil etməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.