28.01.2026
Oğuz rayon Mərkəzi Kitabxanasında oğuzlu şair, AYB-nin üzvü, “ Qızıl Qələm “ mükafatı laureatı, tədqiqatçı Yusif Rza ilə görüş təşkil olunub.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektorunun məsul şəxsləri, həmçinin "Qəbələnin səsi" ədəbi birliyinin sədr müavini Mirhəsən Ağayev, Mingəçevir şəhərindən gələn qonaqlar, Oğuz ədəbi mühitinin nümayəndələri, ziyalılar, idarə və müəssisələrin rəhbərləri, poeziya sevərlər iştirak ediblər.