28.01.2026
28 yanvar tarixdə Balakən Rayon İcra Hakimiyyəti yanında Narkotiklərlə Mübarizə Komissiyası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Külə dönmüş arzular” adlı tamaşa nümayiş etdirilib.
Tamaşa başlamadan öncə kitab və məktəbliləri tərəfindən çəkilmiş narkomanlığın fəsadlarını əks etdirən rəsm sərgisinə baxış keçirilib.
Pakizə Hüseynova və Mirzəağa Məmmədovun ssenarisi əsasında səhnələşdirilmiş tamaşaya Mədəniyyət Mərkəzinin bədii rəhbəri Zöhrə Bakeyeva quruluş verib. Tamaşada Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH aparatının kollektivi, hüquq və mühafizə orqanlarının rəhbərləri, müəllimlər və yuxarı sinif şagirdləri, idarə və müəssisə rəhbərləri və əməkdaşları iştirak edib.
Sonda narkomaniyaya qarşı mübarizə məqsədilə film nümayiş etdirilib.