09.02.2026
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Şəki şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri Qazaxıstan Respublikası tərəfindən Bakı şəhərində təşkil edilən “Azerbaijans stars” 2026 Beynəlxalq İncəsənət Müsabiqəsində diplom və medallarla mükafatlandırılıblar.
Yarışmanın keçirilməsində məqsəd yaradıcı uşaqların peşəkar bacarıqlarının artırılması, müxtəlif şəhərlərdən olan uşaqlar arasında müxtəlif yaradıcı, mədəni və dostluq əlaqələrinin gücləndirilməsi, istedadlı gənclərin yaradıcılıq potensiallarının reallaşdırılmasına dəstək olmaqdır.
Müsabiqə çərçivəsində fortepiano və rəssamlıq ixtisası üzrə I sinif şagirdi Əlibəyli Mələknur l yer, fortepiano ixtisası üzrə IV sinif şagirdi Yusifzadə Nəhayət, VI sinif şagirdi Həmidzadə Cəmil I yer, fortepiano ixtisası üzrə IV sinif şagirdi Heydərova Mələk II yer, rəssamlıq ixtisası üzrə II sinif şagirdi Teymurlu Xəzrin və III sinif şagirdi Rəsullu Elçin I yerə layiq görülüblər. Həmçinin, müəllimləri Qocayeva Aynur, Yusifova Kubra, İbrahimova Mətanət və Məsimova Aynur müsabiqənin Təşəkkürnaməsi və medalı ilə təltif ediliblər.
Qeyd edək ki, şagirdlər Qazaxıstan, Gürcüstan və Antalyada keçiriləcək müsabiqədə iştirak üçün dəvət ediliblər.